Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
Konstitusiyamız ölkəmizdə demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu prosesinə hüquqi baza yaratdı və onun inkişafına güclü təkan verdi

0

  •        12 Noyabr 1995-ci il Konstitusiyamızın qəbul olduğu gündür. Və artıq o gündən 27 il keçir.Məlum olduğu kimi 1918-1920-ci illərdə 23 ay mövcud olmuş Azərbaycan Xalq Cumhuriyyəti dövlətin əsas qanunu qəbul edə bilməmişdi. Azərbaycan müstəqillik əldə etdikdən sonra artıq yeni konstitusiyanin yaranmasi zəruriyyəti yarandı.Bunun üçün müstəqil Azərbaycanımızın ulu öndəri Heydər Əliyevin rəhbərliyi ilə hazırlanan ilk Konstitusiyası 1995-ci il noyabr ayının 12-də kecirilmiş ümumxalq səsvermə yolu ilə qəbul edilmişdir.Keçmiş Sovet Konstitusiyalarından fərqli olaraq müstəqil Azərbaycanın Konstitusiyası insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin olunmasını dövlətin ali məqsədi kimi bəyan etdi. Hakimiyyət bölgüsünün əsas prinsiplərini müəyyənləşdirdi. İnsan və vətəndaş hüquqlarının azadlıqlarının müdafiəsini qanunvericilik, icra və məhkəmə orqanları üzərinə əsas vəzifə olaraq qoydu.Yeni konstitusiya 5 bölmədən, 12 fəsildən və 158 maddədən ibarətdir. Ötən 27 ildə ölkədə gedən sürətli inkişaf yeni dövrün tələblərinin yaratdığı zəruriyyətlərlə əlaqədar Azərbaycan Konstitusiyasına bir neçə əhəmiyyətli dəyişikliklər və əlavələr edilmişdir.Konstitusiyamızda ilk dəyişiklik 24avqust 2002- ci ildə, daha sonra isə 18 mart 2009-cu ildə referendum yolu ilə edilmişdir. Nəhayət, prezident İlham Əliyevin təşəbbüsü ilə 2016-cı il sentyabr ayının 16-da keçirilən referendumla Konstitusiyaya 3-cü defə elavələrvə dəyişiklər edilmişdir.Konstitusiyanın 29 maddəsinə edilən 41 əlavə və dəyişiklik müxtəlif sahələri əhatə etməklə ali dövlət hakimiyyəti, məhkəmə hakimiyyəti orqanlarının və bələdiyyələrinin işinin təkmilləşdirilməsinə, insan hüquqlarının və azadlıqlarının daha səmərəli təmin edilməsinə, hüquq və azadlıqların mudafiəsində dövlət və bələdiyyələrin məcburiyyetinin artırılmasına yönəlib.Qürur verici haldırki, biz əsas qanunun 27-ci il dönümünü qalib xalq kimi ikiqat sevinc hissi ilə qeyd edirik.​Bəsti Namazova,Xocalı rayon ziyalısı
    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməÜmumi
    KateqoriyaSiyasət
    Yerləşdirdi
    Yerləşdirildi1 il öncə
    İzlənib54 dəfə
    Konstitusiyamız ölkəmizdə demokratik hüquqi dünyəvi dövlət quruculuğu prosesinə hüquqi baza yaratdı onun inkişafına güclü təkan verdi

    Maraqlı gələ bilər
    41
    182
    33
    46
    0